XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 13:50

İqtisadçı ekspertin antiböhran təklifləri: [color=red] “Bu məhsulları xalqa güzəştlə satın”

 

qadir yeni.jpg

"Güzaran" Sosial Araşdırmalar Mərkəzi hökumətə anti-böhran təkliflərini açıqlayıb.

Qurumun sədri, iqtisadçı-ekspert Qadir İbrahimli bildirib ki, artıq böhran dövründəyik və 100 faizlik devalvasiya iqtisadiyyatın bütün sahələrinə və zümrələrə dağıdıcı təsir göstərib və proses getdikcə güclənməkdədir. Belə bir vəziyyətdə əhalinin, xüsusi ilə də kasıb zümrənin xeyrinə qərar vermək hökumətin borcudur.

“Ancaq təəssüf ki, hökumət hələ ki qərar verə bilmir – ölkəni isə etiraz aksiyaları bürüməkdədir. Sosial etirazlar getdikcə intensivləməyə başlayır. Güc vasitəsi ilə bu etirazları boğmaq olar, ancaq əhalinin real gəliri yoxdursa, bu etirazlar səngiməyəcək. O biri tərəfdənsə, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi biznes strukturlarını da çökdürüb və çökdürməkdədir”.

Ekspertin fikirincə, bu isə vergi daxil olmalarının kəskin azalmasına və vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. “Hökumət, əhalinin, xüsusilə də kasıb zümrənin vəziyyətinin nisbətən yaxşılaşdırmaq üçün hökumətə təklif edirik:

1. Minimum istehlak səbətinin tərkibinə daxil olan un və un məhsulları, kartof, ət və ət məhsulları, yağlar və şəkərin idxalı keçid dövründə ƏDV və gömrük rüsumlarından tam azad edilsin.

2. Bu məsullar üzrə yerli istehsalçılar mənfəət, torpaq və əmlak vergisindən azad edilsin.

3. Bu məhsuilların istehsalı və idxalında tam rəqabət mühiti təmin edilsin ki, qiymətlər inzibati müdaxilə olmadan minimuma ensin.

4. Regonlarda vəziyyətin daha ağır olmasını nəzərə alaraq, Dövlət Taxıl Fondu ilkin 3 ayda əhaliyə güzəştli qiymətlərlə taxıl satışını təşkil etsin.

Bu təkliflər reallaşsa, yaxın gələcəkdə zəruri qida növləri üzrə qiymətlər ucuzlaşa, əhalinin alıcılıq qabiliyyəti qismən də olsa bərpa edilir bilər. Bu məsulllar üzrə vergilərin azalmasını isə hökumət başqa mənbələr, məsələn, dövlət büdcəsinin ehtiyat fondu və ya Neft Fondunun resursları hesabına kompensasiya etmək olar”.