XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2019 - 12:05

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 509 mln. dollara çatıb –Detallar

Bu ilin birinci yarısında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 508 mln. 899,1 min dollar təşkil edib.

Barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsindəki payı 8,5% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.

Yanvar-iyun aylarında Gürcüstanın Azərbaycana ixracı 211 mln. 326,8min dollar təşkil edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 3,7% artıb. Azərbaycan Gürcüstanın ümumi ixracında 11,9% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

İlk yarım ildə Gürcüstan Azərbaycandan 297 mln. 572,3 min dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 3,2% azalma qeydə alınıb. Qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 7,1% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 5 mlrd. 968,3 min dollar təşkil edib ki, bu da illik müqayisədə 0,6% azdır. İxrac 1 mlrd. 775,4 min. dollar (+11,5%), idxal isə 4 mlrd. 192,9 mln. dollara (-4,9%) bərabər olub/Report.