XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 07:33

Yaponiya mətbuatı: [color=red]2019-cu ilə doğru Rusiyanın ehtiyat pulları qurtaracaq

Məlum olub ki, artıq 2019-cu ilə doğru Rusiyanın ehtiyat fondlarının neft və qaz vergilərinin sayəsində toplanmış pulları qurtara bilər.

2008-ci ilin iqtisadi böhranı vaxtı Rusiya iqtisadiyyatını məhz bu pullar dəstəkləyirdi. Məsələ burasındadır ki, fondun pulları sərbəst şəkildə maiyyə kəsirini bağlamağa gedir. Enerjidən asılı iqtisadiyyat böhrandadır. Sənaye müəssisələri Qərb sanksiyaları ilə bağlı fonda daha tez-tez müraciət edir, lakin vaxt getdikcə bu yardımı təqdim etmək lap çətin olacaq. Bu, Putin administrasiyası üçün daha bir başağrısı olacaq.

Rusiya hökuməti qaz və neft hasilatından yaxşı vergilər alanda məbləğin bir hissəsini sabitləşdirmə fondlarına qoyur. İki dövlət fondu var: büdcə kəsirini bağlamaq üçün ehtiyat fondu və iqtisadiyyatın stimullaşdırılması üçün milli rihaf Fondu.

Rusiya iqtisadiyyatı 2008-ci il böhranından sonra 2009-cu ldə 7,9%-lik mənfi artım sərgilədi. Hökumət o zaman iqtisadi durumu yaxşılaşdırmaq üçün bu fondlardan istifadə edib bazara nəhəng məbləğ axıtdı.

Bununla belə, Rusiya Mərkəzi bankının bu günlərdə dərc edilmiş məlumatına görə, hökumət kəsiri aradan qaldırmaq üçün 2015-ci ilin yanvarından oktyabradək dövrdə ehtiyat fondunu 1,56 trilyon rubl boşaldıb.

Gözlənilir ki, 2016-cl ildə daha 2,14 trilyon rubl tələb olunacaq.

Vəsait bu templə getsə, 2017-ci ildə artıq Milli rifah fonduna yardım etmək lazım gələcək. Mərkəzi Bank qeyd edir ki, artıq 2019-cu ilin başlanğıcında ehtiyat fondlarının pulu qurtara bilər.

Rusiya hökumətinin nikbin proqnozları yalnız durumu pisləşdirib. Hökumət keçən ilin oktyabrında bir barrel neftin qiymətinin 50 dollar səviyyəsində göstərildiyi büdcə layihəsini qəbul etdi. Hazırda bir barrel neftin qiyməti 40 dollardan aşağıdır. Qiymətlər qalxmasa, Rusiyanın vergi idarəsi böyük məbləğ əldə etməyəcək. Hətta Rusiya-Yaponiya ticarət şirkətindəki qaynağın məlumatına görə, Qərb sanksiyaları üzündən maliyyələşmədən məhrum olan müəssisələr yardım üçün fonda daha tez-tez üz tutur. Sanksyaların tətbiqindən sonra “Rosneft” və “Novatek” kimi böyük şirkətlər hökumətdən yardım tələb edib.

Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç xəbərdarlıq edib: “Neft, nəqliyyat və kənd təsərrüfatı şirkətlərinə maliyyə yardımı zəruridir, lakin vəsait hamıya çatmayacaq”.

Buna baxmayaraq, hökumət müxtəlif şirkətlərə və maliyyə qurumlarına kömək etməyə hazırdır. Ehtimal edilir ki, hazırda idarəçilik böhranı yaşayan “Внешэкономбанк” da fonddan yardım alacaq.

Maliyyə yardımı ancaq qaytarmaq şərtilə təqdim edilir, lakin məbləğ artsa, fond ciddi şəkildə zəifləyəcək.

Fondların sonrakı varlığı haqda məsələ qalxsa, dövlət şirkətlərə yardım edə bilməz və Rusiya iqtisadiyyatının durumu ciddi şəkildə qəlizləşəcək.

Rusiyanın dövlət fondları: Rusiya hökuməti neft ixracatından vergi mədaxilinin bir qismi hesabına mümkün maliyyə kəsirini bağlamaq üçün 2004-cü ildə Sabitləşdirmə fondu yaratdı. 2008-ci ildə bu fondu iki hissəyə böldülər: Ehtiyat fondu və Milli rufah fondu. Birincidən maliyyə kəsirlərini bağlamaq üçün istifadə edilir, ikinci isə təqaüd yığımındakı qıtlığı doldurmalıdır. Bununla belə, Milli rifah fondundan tez-tez dövlət korporasiyalarına dəstək və infrastrukturun inkişafı üçün istifadə olunur.

Nobuo Kurokava

Sankey simbun (Yaponiya), 13.01.2016