XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 07:47

Hökumət sosial xərcləri azaldıb – [color=red]EKSPERT

budce.png

2015-ci ildə hökumət sosial layihələrin maliyyələşməsi xərclərini 350 milyon manat azaldıb.

Turan.az-ın məlumatına görə, «İqtisadi Təşəbbüslərə Yardım» İB-nin sədr müavini Rövşən Ağayev 10 yanvarda maliyyə naziri Samir Şərifvon açıqladığı rəqəmlərə əsaslanarq hesablayıb ki, sosial müdafiə xərcləri 183.5 milyon manat (təxminən 10%), səhiyyə xərcləri 70 milyon manat (təxminən 10%), təhsil xərcləri 106 milyon manat (təxminən 6%) ixtisar olunub. 

2015-ci ildə iqtisadiyyata dövlət investisiya xərcləri nəzərdə tutulandan 47% (3.7 milyard) manat az olub.

Hökumət büdcə gəlirlərinin 2.3 milyard manat (təxminən 12%) az icra edildiyini bəyan edir. İqtisadçının fikrincə, devalvasiya olmasa idi, büdcə gəlirləri ən azı 4.2 milyard manat (23%) az icra olunacaqdı. Yəni devalvasiyanın təsiri nəzərə alınmasa, büdcənin gəlirləri maksimum 14.2 milyard olacaqdı ki, bu da hətta 2011-ci ilin göstəricisindən 1.5 milyard manat azdır.

Son 15 ildə manat sabit olduğu üçün tədqiqatçılar göstəriciləri əvvəlki illərlə müqayisə edəndə çətinlik çəkməyib. İndi iqtisadçılar bu məlumatları nominal göstəricilərlə yox, devalvasiyanın təsiri nəzərə alınmqla müqayisə edilməlidir.

Dollar ifadəsində ($10 mlrd)  2015-ci ilin büdcəsinin gəlirləri son 20 ilin ən yüksək göstəricisindən – 2013-cü ilin gəlilərindən 2 dəfə azdır. Üç il əvvəl büdcə gəlirləri  $20 mlrd idi.