XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

22 İyul 2019 - 12:06

Soğanın qiyməti niyə qalxır? –Səbəb + VİDEO

Paytaxt bazarlarında soğanın bir kiloqramının qiyməti 60 qəpik 2 manat arasında dəyişir. Amma buna baxmayaraq, rayonlarda çıxan payızlıq soğan fermerlərin əlində qalıb.

Strateq.az Xezerxeber.az-a istinadən bildirir ki, Ağdamdan olan fermer Saday Quliyevin sözlərinə görə, əkib-becərdikləri soğan sahələrdə alıcıların yolunu gözləyir.

Bölgələrdə məhsul həm bol, həm də ucuzdur. Amma Bakıda tam əksinə, soğanın qiyməti bahadır. bazarda soğanın qiymət növünə və yetişdiyi bölgəyə görə 60 qəpiklə 2 manat arası dəyişir.

Soğanın baha olmasının səbəbini isə satıcılar fərqli amillərdən asılı olduğunu deyillər.

Mütəxəssislər isə bölgələrdə olan ucuzlaşmanın yaxın günlərdə paytaxt bazarlarında da hiss ediləcəyini bildirir.