“İrana qarşı sanksiyaların ləğvindən sonra Tehran gündəlik 500 min barel xam nefti bazara çıxaracaq. Bu neftin qiymətinin həddən artıq ucuzlaşmasına təsir göstərəcək”.
Strateq.az bildirir ki, bu barədə Böyük Britaniyanın nufuzlu “Guardian” qəzeti yazıb.
Təhlildə qeyd olunur ki, İranın beynəlxalq bazarlara qayıdışı bu ölkənin dünyada baş verən proseslərdə təsir imkanlarını artıracaq.
“ABŞ və Avropa Birliyinin İran əleyhinə sanksiyaları ləğv etməsi ilə yanaşı Tehranın beynəlxalq proseslərə daxil olunması baxımından geri sayım başlanıb”.
Qəzetdə qeyd olunur ki, Avropa Birliyi ölkələri tərəfindən İrandan neft idxalı qadağasına son qoyacaq sanksiyaların ləğvi ilə beynəlxalq iqtisadi proseslər, xüsusilə də neft alqı-satqısı bazarında dəyişiklik yaradacaq.
X. SƏFƏRLİ