XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2019 - 20:44

Yaxın Şərqdən neft tədarükündə fasilələr olarsa…- Beynəlxalq Enerji Agentliyi tədbir görəcək

Beynəlxalq Enerji Agentliyi (İEA) Hörmüz boğazında bu yaxınlarda Böyük Britaniyaya məxsus tankerin yoxa çıxması və bənzər hadisələri diqqətlə izləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, neft tədarükündə hansısa fasilələr yaranacağı təqdirdə, təşkilat neft ehtiyatlarını işə salmağa hazır olduğunu açıqlayıb.

“İEA ölkələri 1,55 milyard barel həcmində neft ehtiyatlarına malikdir. Daha 650 milyon barel həcmində sənaye ehtiyatları da lazım gələrsə, istifadə oluna bilər. Həmin bu fövqəladə ehtiyatlar Hörmüz boğazından neft tədarükünü hər hansı fasilənin yerini uzun müddət ərzində doldurmaq üçün kifayətdir”, – təşkilatdan bildiriblər.

Dünya neft ticarətində mühüm tranzit yollarından biri olan Hörmüz boğazından gündə 20 milyon barelədək, yəni dünya tədarükünün 20 faizinədək həcmdə neft, dünya maye qaz tədarükünün də dörddə birinədək həcmi daşınır.