XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 14:50

Banklar dollar və avro satmaqdan [color=red]imtina edir

 

bank dolar.jpg

 

Cümə axşamı günün ikinci yarısında Bakıda, demək olar ki, heç yerdə leqal olaraq dollar və avro almaq mümkün olmayıb.

Strateq.az bildirir ki, bu barədə Turan İnformasiya Agentliyi xəbər yayıb.

Səhərdən xarici valyuta satan Azərtürkbank “gündəlik limitin tükənməsi” ilə əlaqədar satışı dayandırıb. Valyuta almaq istəyənləri yanvarın 15-nə növbəyə yazıblar.

Pasha Bank yalnız bank müştərilərinə dollar və avro satıb.

Yapı Kreditdə xarici valyutanın nə alışı, nə də satışı olmayıb.

Digər banklar dollar və avro alıblar, amma satmayıblar.

Bu zaman nə kommersiya bankları, nə Mərkəzi Bank baş verənlərin səbəbi ilə bağlı açıqlama vermir.

AMB inandırır ki, bankların infrastrukturu: baş ofislər, ölkədə olan minlərlə filiallar və şöbələr əhalinin valyuta tələbatını təmin edəcək. Amma əslində bunun əksi baş verir, demək olar ki, heç yerdə valyuta almaq mümkün deyil.

Ekspertlərin fikrincə, hakimiyyət sadəcə olaraq AMB-nin ehtiyatlarının kəskin şəkildə azalması ilə əlaqədar satışı dayandırmağı qərara alıb.

Azərtürkbank vasitəsilə məhdud satışa gəlincə, bu bank dövlətin nəzarətindədir və orada dolların qara bazara və xaricə axınının qarşısını almaq daha asandır.

Öz növbəsində, AMB resurslarına çıxışları olmadığına görə kommersiya bankları sadəcə olaraq manatın ucuzlaşması fonunda gözləyirlər və neft qiymətlərinin getdikcə azalması fonunda öz valyuta ehtiyatlarını xərcləmirlər.