Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını davam etdirir.
Fonddan verilən məlumata görə, 15 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək.
Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaqdır.
"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək",- Fondun açıqlamasında deyilib.
Qeyd edək ki, ARDNF yanvarın 13-də 32 banka 200 milyon dollar satmışdı.