XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 18:34

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” təsis olundu –Yeni sədr seçildi

Ölkədə balıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər, eləcə də Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.

Strateq.az Kənd Təsərürfatı Naziriliyinə (KTN) istinadla xəbər verir ki, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”nın əsas məqsədi ölkədə təbii resurslardan səmərəli istifadə olunmaqla balıqçılığın inkişafı, balıqçılıq təsərrüfatında yeni texnologiyaların istifadəsi və ekoloji tarazlığın qorunmasına nail olmaqdır.

Bununla bağlı KTN-də keçirilən iclasda 14 üzvdən ibarət olmaqla İdarə Heyətinin tərkibi formalaşdırılıb. “Furqan Balıq” MMC-nin direktoru Zaur Salmanlı Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.