XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2019 - 11:26

Cavid Qurbanov:“Dünya Bankı Astaraya qədər dəmir yolu xəttinin genişləndirilməsini maliyyələşdirəcək"

“Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib”.

Strateq.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir”, – deyə qeyd edib.

Qeyd edək ki, bu layihənin hesabına 243 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq.