XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 14:28

AİB Azərbaycana kredit ayıracaq –295 milyon dollar

Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq.

Bu barədə bankın Azərbaycan üzrə üçillik biznes planında məlumat verilib.

Plana əsasən, AİB makroiqtisadi dayanıqlığın təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, bank olmayan kredit təşkilatlarının inkişafı layihələri üçün kredit ayıracaq.

Hesabat dövründə bank, həmçinin Azərbaycana 5,8 milyon dollar məbləğində texniki yardım göstərəcək.

Bundan başqa, bank 2022-ci ildə Azərbaycana enerji, təhsil, infrastrukturun təkmilləşdirilməsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihə üçün 450 milyon dollar kredit ayıra bilər/Trend.