XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2019 - 10:00

Azərbaycan bu il daha çox hansı ölkələrə məhsul ixrac edib? –SİYAHI

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 7,9 mlrd. ABŞ dollarından çox ixrac əməliyyatları həyata keçirib.

Hesabat dövründə ötən ilin analoji dövründə olduğu kimi İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Növbəti yerdə Türkiyə, Çin və Hindistan gəlir.

Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycan 170-dən çox ölkə ilə 17 mlrd. dollara yaxın ticarət mübadiləsi həyata keçirib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ixracında əsas ölkələrin reytinqi belədir:

# Ölkə İxrac, min ABŞ dolları Ümumi ixraca nisbətən, % Ötən il reytinqdə mövqeyi
1 İtaliya 2.805.906,05 28,12 1
2 Türkiyə 1.233.813,84 12,36 3
3 Çin 684.516,92 6,86
4 Hindistan 626.268,44 6,28 6
5 Almaniya 568.122,01 5,69 10
6 İsrail 545.657,22 5,47 2
7 İspaniya 426.500,76 4,27
8 Rusiya 377.454,86 3,78 8
9 Çexiya 331.908,06 3,33 9
10 Gürcüstan 316.233,87 3,17