XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2016 - 16:33

Çində [color=red]Asiya bankı işə başladı

ÇXR prezidenti Si Szinpin bu gün Pekində Çin hökumətinin təşəbbüsü ilə yaradılmış Asiya infrastruktur yatırımları bankını rəsmən açıb.

Strateq.az BBC.com-a istinadən bildirir ki, 57 dövlət, o cümlədən Rusiya və Böyük Britaniya Amerikadakı Ümumdünya bankına alternativ kimi yanaşılan yeni kredit təşkilatının təsisçisidir. Amerikanın tarixi müttəfiqləri – Avstraliya və Güney Koreya təsisçilərin sırasındadır. ABŞ bankın yaradılmasında iştirak etməyib.

Bank səhmlərinin 30%-ə Çin nəzarət edir. Müəssisənin nizamnamə fondu 100 milyard dollardır. İlk kreditin buraxılması 2016-cı ilin ortalarında baş tutmalıdır.

Sinxua agentliyinin yazdığına görə, ilk yatırımlar enerji resursları və elektirk enerjisi, nəqliyyat və telekommunikasiya, su təchizatı, axar suların təmizlənməsi və ətraf mühitin qorunmasına yönəldiləcək.