XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2015 - 07:45

ABŞ Avropa qaz bazarında rusların rəqibi ola bilməz – TƏHLİL

Amerikanın qaz strategiyası budursa, onda iflas qaçılmazdır

ABŞ Avropanın yüksəkgəlirli və cəzbedici qaz bazarında Rusya ilə rəqabət apara bilərmi? Mənim məqaləm Vaşinqtonun Ukraynaya dəstəyinin hansısa qaydada enerji daşıyıcılarının tədarükü ilə bağlı olmasını düşünənlər üçün bir daha fikirləşmək üçün səbəb ola bilər. Birləşmiş Ştatlar təbii qaz tədarükçüsü olmaqdan hələ xeyli uzaqdır. Əvvəllər mənə elə gəlirdi ki, ABŞ özünü Avropa Birliyinə durulaşdırılmış qazın ciddi tədarükçüsü kimi göstərir. Həm də Qazpromun əsas qaz bazarı olan Avropadan sıxışdırılması yönündə lobbiçilik buna görə başlandı. İdeya bundan ibarət idi ki, Vaşinqton ABŞ-ı Avropa üçün alternativ enerji daşıyıcıları qismində qələmə verməyə görə artıq bir il davam etməkdə olan Ukrayna böhranının doğurduğu antirusiya əhvali-ruhiyyəsindən faydalana bilər. Məsələ burasındadır ki, Avropada və yaxud Avrasiyada yerləşmiş Amerika şirkəti xaricdə sahibi olduğu karbohidrogenlərdən istifadə edəcəksə, ABŞ iri qaz tədarükçüsü ola bilər. Başqa sözlə, Amerikanın təbii qaz bazarı gözlənildiyi kimi bölgəüstü olacaq. Amerika şirkətləri Avropa bazarında oyunçu ola bilər, lakin ABŞ Qazpromla rəqabət aparmaq istəyirsə, onda öz qazını hansısa başqa qaynaqlardan götürməli olacaq.

Tamamilə təbiidir ki, Qazprom zaman keçdikcə Avropadakı satış bazarının hansısa hissəsini itirəcək. Azad bazar şəraitində taleyin dönüklüyü belədir. Lakin bu, Vaşinqton siyasətçilərinin səyləri ilə və Meksika körfəzinin hesabına baş verməyəcək.

Amerikada hasil olunmuş qazın Avropaya çatdırılması üçün yalnız bir üsul var və sözsüz ki, bu, durulaşdırılmış təbii qaz (DTQ) tankerləri ilə tədarükdür. DTQ tədarükü üçün hazırda dörd liman terminalının inşası aparılır və ən yaxın vaxtda daha birinin inşası planlaşdırılır.

Qaz yataqları ilə zəngin Meksika körfəzinin quzey sahilində xeyli miqdarda bu cür terminallar yerləşir. Biri ABŞ-ın “sənaye zonası”nda – Merilənd ştatında yerləşib. Bu beş terminalın əsas istehsal obyektləri alıcıların müəyyən etdiyi icarə şərtləri əsasında artıq əldə edilib. Bununla yanaşı, onların bəziləri konkret məqsəd üçün əldə edlməyib və açıq bazarda daha yüksək qiymət təklif edənlərə satılacaq. Digər terminallar konkret müqavilələrlə əldə edilib. Müqavilə sahibləri dövlət qeydiyyatından keçib və qaz ixracatı infrastrukturlarının əksəriyyəti öz saytlarında “alqı-satqı müqavilələri” haqda məlumat qoyub. İnşa edilən beş terminaldan yalnız “Corpus Christi” Avropaya qaz tədarükü müqaviləsi ilə təmin edilib.

ABŞ-ın energetika sahəsində informasiya üzrə İdarəsinin (EIA) məlumatına görə, bu terminaldan Avropaya hər gün, təxminən, 20 milyon kubmetr ekvivalenti həcmnində qaz göndəriləcək. Daha böyük həcmli tədarük üçün müqavilələr Hindistanla (gündə 51 milyard kubmetr) və Yaponiya ilə (gündə 62,3 milyard kubmetr) imzalanıb. Hətta Amerikaın energetika şirkətlərinin gələcək ixracat tədarükü üçün terminallar inşa edəcəyi nəzərə alınsa da, Avropa onların əsas alıcılar siyahısında deyil.

İndiki günə ABŞ-da qaz ixracatı üçün gündəlik gücü 1,13 milyard kubmetr olan 30 obyekt inşa etmək tələb olunur, lakin inşaat barədə qərar qəbul edilməyib, buna görə də bu hələ ancaq arzudur. Planlar həyata keçirilsə, bu terminallar durulaşdırılmış qaz istehsalını indiki gündə bütün dünya üzrə durulaşdırılmış qaz istehsalnı geridə qoyan həcmlə təmin edə bilər. IHS Energy anaitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünya üzrə gündəlik durulaşdırılmış qaz istehsalı (DQİ) 1,1 milyard kubmetr təşkil edib. Dünya üzrə DTQ ticarətinin həcmi gündə 0,9 milyard kubmetrə çatıb.

Vaşinqton yanacaq qaynaqlarının müxtəlifyönlü nəqlində və əsas tədarükçü Rusiyadan asılılığı azaltmaqda Avropaya kömək olmaqdansa ABŞ-ın xarici yanacaqdan asılılığını azaltmağa daha çox maraqlıdır. ABŞ və AB 2014-cü ilin martında Qara dənizdəki Krım yarımadası ilhaq ediləndən bəri Rusiya ilə münaqişə vəziyyətindədir. Kiyev hökuməti o vaxtdan bəri Qərblə yaxınlaşmaq üçün addımlar atır, Rusiyayönlü separatçılar isə … şərqə, yəni Moskvaya meyllənir. Bu münaqişə nəticəsində Rusiyanın “Qazprom”, “Rosneft” və “Lukoyl” kimi energetika şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib. Bundan başqa, bu, ABŞ-la Rusiya arasında münasibətlərin soyumasına gətirib çıxartdı.

Barak Obama prezident seçilərkən Vaşinqtonun məqsədi Rusiya ilə münasibətlərin “yenidən yüklənməsi” idi. Həm də 1980-ci illərdən başlayaraq belə bir yüklənmə baş vermişdi – hər halda, siyasətdə.

Lakin bu məsələdəki manelərdən biri enerji daşıyıcıları ticarətidir. Rusiya Yunanıstana “Türk axını” qaz kəmərinin inşası üzrə layihənin iştirakçılarından biri olmağı təklif etdi.

Yunanıstan bu təklifi qəbul etdi. Nəticədə maliyyə çətinlikləri yaşayan Yunanıstan Türkiyə ərazisi üzrə Yunanıstandan keçməklə Güney Avropaya çatacaq Rusiya qazının əsas tranzitçilərindən biri olacaq. Lakin ötən həftə Yunanıstan hökuməti bildirib ki, Vaşinqton müqabil təklif edərək onu öz tərəfinə çəkmək istəyir.

Bütün bunlar, əsasən, ancaq siyasi oyunlar və hay-küydür. ABŞ nə indi, nə də ən yaxın gələcəkdə Avropanın enerji daşıyıcılarına olan tələbatını ödəməkdə əsas tədarükçü olmağa qadir deyil.

“Annual Energy Outlook” şirkətinin EIA-nın apreldə dərc etdiyi illik proqnozuna əsasən, ABŞ 2040-cı ilədək neft qiymətlərinin aşağı həddə saxlanması şərtilə yanacağın hasil edilən növlərinin netto-ixracatçısı olaraq qalacaq. Enerji daşıyıcılarının qiymətinin artacağı halda ABŞ 2021-ci ildə hasilatın artması sayəsində durulaşdırılmış təbii qazın netto-idxalçısı olacaq. Lakin bu yeddi il ərzində hər şey baş verə bilər. Bu vaxta kimi Exxon şirkəti, çox güman ki, “Rosneft”lə birlikdə Rusiya Arktikasındakı yataqların mənimsənilməsi üzrə fəaliyyətini təzələyəcək. Və Amerikanın təbii qazı amerikalılara satılacaq.

Bu müddətdə isə Qazprom tamamilə mümkündür ki, Avropa Birliyi ölkələrinə indiki qaz ixracatının həcmini 30%-dən 25%-dək və hətta 20%-ə qədər azaldacaq. çatışmayan həcmin bir hissəsini ABŞ-dan tədarüklə əvəz etmək mümkündür. Lakin başlıca rəqiblər Arktikada hasilat həyata keçirdən və əksəriyyəti Rusiya ilə yaxşı münasibətlər saxlayan Avropa istehsalçılarıdır.

Və bizlərdən kimsə xaricdəki müharibələrin neft və qaz müqavilələrinin bağlaması naminə aparıldığını düşünməyə üstünlük verirsə… əgər Vaşinqton Rusiyanı küncə qısnamaq istəyirsə, onda yetərincə əlləşməli olacaq. Həm də bunun baş tutacağı hələ fakt deyil.

Əgər ABŞ-ın durulaşdırılmış təbii qaz (DTQ) ticarəti üzrə Rusiyanı bazardan sıxışdırıb çıxartmaq strategiyası bu cü görünürsə, onda iflas təmin olunub…

Nə qədər qəribə olsa da, Rusiyanın DTQ ixracatı da azalmağa doğru gedir. Təbii qazın böyük hissəsi əvvəlki tək ölkə daxilindəki yataqlardan hasil olunacaq. Rusiyada təbii qaz hasilatı da artacaq.

ABŞ bu gün əsas ixracatçı deyil. Amerika DTQ-nın bütün həcmi Alyaskada yerləşən və bir illiyə bağlanmış Kenaya şəhərindəki kiçik müəssisədən gəlir. EIA-nın məlumatına görə, sonuncu DTQ tankeri Alyaskanı 2014-cü ilin oktyabrında tərk edib. Onda Yaponiyaya çatdırılması nəzərdə tutulan 0,8 milyad kubmetr qaz olub.

Kennet Rapoza

“Forbes” (ABŞ), 06.05.2015