XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 13:55

Bakıda ən yüksək və ən aşağı maaş verilən sahələr açıqlanıb –Statistika

2019-cu yanvar-may aylarınin ilkin məlumatlarına əsasən Bakıda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 821,4 manat olub.

Trend-in məlumatına görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.