XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2019 - 21:33

Azərbaycandakı ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər- Detallar

Azərbaycanda fəaliyyət göstərən ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər. Bunu “APA-Economics”ə maliyyə bazarındakı etibarlı mənbə deyib.

Mənbənin sözlərinə görə, bu əməliyyatları smartfona yazılan mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq.

“Burada mobil telefon POS-terminal rolunu oynayacaq. İstənilən sahibkar POS-terminal almadan mobil telefon vasitəsilə ödənişləri qəbul etmək iqtidarında olacaq. Alıcı təmassız texnologiyasını dəstəkləyən bank kartını smartfona yaxınlaşdıraraq ödəniş həyata keçirə biləcək”, – deyə mənbə qeyd edib.