XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

02 Avqust 2019 - 21:55

“IHS Markit”:"Neftin qiyməti 60-65 dollar arasında dəyişəcək"

“IHS Markit” bazar araşdırmaları təşkilatı neftin bir barrelinin qiymətinin 60-70 dollar arasında qalacağını proqnozlaşdırır.

“IHS Markit”in neft analitiki Spenser Velç bu fikirdədir.

“Ötən gün “qara qızıl”ın qiyməti ABŞ-ın Çindən idxal olunan məhsullara əlavə rüsumların tətbiq olunacağını açıqlaması fonunda kəskin ucuzlaşıb. Yanvardan bəri qiymət 60-70 dollar/barrel aralığında daha balanslı bir şəkildə dəyişirdi. Qlobal iqtisadiyyatın zəifləməsi qiyməti aşağı salan amildir. Biz neftin qiymətinin 60-65 dollar/barrelə yüksələcəyini düşünürük. Neftə artan tələbat dövrü yaşayırıq. OPEC və tərəfdaşları isə istehsalı azaltmaqda davam edir. Neft bazarı sərtləşir və qiymət hətta bir barrel üçün 60-70 dollar arasında dəyişəcək”, – deyə o bildirib(azərtac).