XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2016 - 05:13

Rusiyalı analitik: [color=red]İranın dünya neft bazarına dönüşü az şeyi dəyişəcək[/color] – Təhlil

İrana nisbətdə beynəlxalq sanksiyaların ləğv edilməsi dünya neft bazarına ciddi təsir etməməlidir, çünki bazar bu ehtimalı artıq çoxdan udub. Rusyanın iri neft şirkəti “Rosneft”in vitse-prezidenti Mixail Leontyevin fikrincə, hətta İranın hasilatı ciddi şəkildə artırmağı üçün yatırımlar lazımdır. Qiymətlərin cari səviyyəsi isə buna nail olmağa imkan verməyəcək.

İran şənbə günü – yanvarın 16-da sanksiyaların əksəriyyətindən qurtuldu. MAQATE həmin gün ölkə hökumətinin onun üçün yaradılmış uzun danışılar yolu ilə nüvə potensialını önəmli şəkildə ixtisar etməyə hazır olduğunu təsdiq edən məruzə təqdim etdi. Sonradan AB diplomatiyasının rəhbəri Federika Moqerini və ABŞ dövlət katibi Con Kerri İran üzərindən iqtisadi və maliyyə sanksiyalarının götürüldüyünü təsdiq etdilər.

Leontyev dedi: “Sanksiyaların götürülməyinin bazara təsiri normaldır. Çünki sanksiyalar heç bir halda qiymət və kommersiya problemlərinin həll edilməsi üsulu deyil və heç kim heç vaxt buna belə yanaşmayıb. Sanksiyaların ləğv edilməsinin bizə sərfəli olmayacağı haqda spekulyasiyalara baxmayaraq, Rusiya onun ləğv edilməsinə çox qiymətli pay verib. Bu, axmaqlıqdır. Bu, bəsirətsiz axmaqlıqdır”.

Onun sözlərinə görə, İran haqda xəbərlər, əslində, neft qiymətlərinin dəyişilməsinə ciddi dəyişiklik gətirməməlidir. “Rosneft”in təmsilçisi bildirdi ki, “Qiymət problemi İranın bazara çıxara biləsi həcmlə çox zəif şəkildə bağlıdır. O, daha çox bölgəsəl xarakter daşıyır. Spekulyativ baxımdan, İran neftinin bazara çıxması artıq 10 dəfə neytrallaşıb. Buna görə də bugünkü qərarda heç bir sensasiya yoxdur”.

İranın güclü şəkildə yatırımlara ehtiyacı var. “Orada bazara çıxa biləcək ehtiyatlar var. Lakin hasilatı ciddi şəkildə artırmaq üçün yaxşı investisiyalar gərəkdir. Ciddi investisiyaların olması üçün isə indikindən güclü şəkildə fərqlənən neft şəraitinə ehtiyac var. Kobud şəkildə desək, İranın sayəsində qiymətlərin düşməsi üçün əvvəlcə qalxmağı lazımdır”.

“Rosneft”in İranla təmaslarına gəlincə, Leontyev qeyd etdi ki, şirkət iranlı tərəfdaşları ilə danışıqlar aparıb və aparmaqdadır: “Biz onlarla çoxdan və konkret şəkildə danışıqlar aparırıq. İran olduqca maraqlı və qəliz tərəfdaşdır. Danışıq aparırıq və aparacağıq”.

 

Tələbat və təklifin heç bir rolu yoxdur

 

Leontyevin fikrincə, neft bazarı indiki durumda tələb və təkliflə cüzi şəkildə müəyyən olunur: “Əlbəttə, uzunmüddətli planda bununla müəyyən olunacaq. Lakin indiki bazar manipulyasiyaların basqısı altındadır və tələb-təklifin burada heç bir rolu yoxdur”.

“Rosneft”in mövqeyi bundan ibarətdir ki, şirkət 2017-ci ilin sonuna doğru qiymətlərin ciddi şəkildə bərpasını gözləyir. “Lakin bu, təməl amillərlə bağlı bərpadır. Yəni bu dövrə qədər – qəfil heç nə baş verməsə – qiymətlərin bərpasının başlanması üçün bazarda yetərincə kəsir əmələ gələcək”.

"Barclays" bankının məlumatına görə, energetikaya yatırımlar artıq 23% azalıb və bu il də bu qədər azalma gözlənilir. “Bu, nəhəng yatırım tənəzzülüdür. Buna görə də aydındır ki, əlavə resurslar götürməyə yer yoxdur. İnkişafa heç kim pul qoymur, hamı fəaliyyətdə olan yataqlarla işləyir”.

Leontyev əlavə etdi: “Tamamilə mümkündür ki, dönüş daha tez baş versin, çünki bu cür güclü və həyasız spekulyativ oyunu heç kim gözləmirdi. İndiki qiymətlərin təməl və geopolitik amillərə heç bir dəxli yoxdur… Gözləntilər bazarı nəhəng analitik, media və reytinq strukturlarının inhisarını doğurur və hamısı oyunçularla – əsas banklarla bağlıdır. Təbii olaraq, onlar neft kağızları bazarı ilə manipulyasiya edənlərin qarşıya qoyduğu vəzifələri icra edir”.

 

Vladimir Rojanovski

Прайм.ru (Rusiya), 17.01.2016