XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2016 - 10:30

Dmitri Medvedyev: [color=red]2016-cı il büdcəsi təhlükə qarşısındadır[/color] – Təhlil

Rusiya Baş naziri Dmitri Medvedyev cümə günü bildirdi ki, Rusiya büdcəsinin icrası son 12 ildə artıq minimum həddə çatmış neft qiymətinin sonrakı enişi ilə bağlı təhlükə qarşısında ola bilər.

Medvedyev federal büdcənin icrası haqda məsələ üzrə müşavirədə deyib: “Neft qymətinin təyin edilməsinin son həftədə, xüsusən də son günlərdə müşahidə etdiyimiz dramatik hərəkəti büdcənin icrası üçün olduqca ciddi təhlükələr yaradır. Neft qiymətində sonrakı enişlər istisna olunmur”.

Əsasına hər barrel neftə 50 dolların qoyulduğu 2016-cı ilin büdcə layihəsini bəyənmiş Rusiya hökuməti hazırda əlavə gəlir qaynaqları tapmaq və neftin 30 dollara yaxın qiymətə satılmasına görə gəlirləri ixtisara salmaq zərurəti ilə kəskin şəkildə üzləşib.

Neft və qaz satışından gəlirlərin Rusiya büdcəsinin, demək olar, yarısını təşkil etdiyi nəzərə alınmaqla Maliyyə Nazirliyi gəlirləri, təxminən 500 milyard rubl (6,4 milyad dollar) azaltmağa çağırır. Maliyyə naziri Anton Siluanovun yanvarın 13-də dediyi kimi, qəti tədbirlər görülməsə, Rusiyanın 50 milyardlıq Rezerv fondu artıq 2016-cı ildə tükənə bilər. Fondun həcmi təkcə dekabrda 16% azalıb.

Neft qiyməti artıq dalbadal üçüncü həftədir ki, İranın ixracat nefti ilə bazara çıxacağı gözləntisində düşməkdədir. Rubl son üç ayda dollara nisbətdə öz dəyərini 21% qeyb edib və Bloomberg-in versiyası üzrə inkişaf etməkdə olan bazarların ən zəif valyutaları siyahısında üçüncüdür. Rusiya Energetika naziri Aleksandr Novakın RBK telekanalına müsahibəsində dediyi kimi, ən yaxın vaxtlarda neftin qiyməti istənilən həddə enə bilər, lakin hər barrelə görə 20 dollardan aşağı düşməsi az ağlabatandır.

Büdcənin xərclər hissəsinin azalması silahlı qüvvələrə və sosial təminat sisteminə aid deyil. Rusiya hökuməti prioritetlərin düzülüşündə güzəştlər axtarışının zərurəti ilə üzləşib. Çünki Rusiya Suriyada bombalama kampaniyasını davam etdirir. Bu onun son otuz ildə keçmiş Sovet İttifaqı respublikalarının hüdudlarından kənara ilk hərbi müdaxiləsidir. Hökumət oktyabrda bu ilə müdafiə proqramının azaldılması üzrə planlardan imtina etdi.

 

Andrey Biryukov, Anna Andrianova

Bloomberg (ABŞ), 18.01.2016