XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Avqust 2019 - 21:33

Dövlət Neft Fondu açıqlama yayıb- Qızıl ehtiyatlarının statistikası hesabatı ilə bağlı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Ümumdünya Qızıl Şurasının (World Gold Council) avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın bu reytinqdə yer almaması ilə bağlı bildirib ki, qeyd edilən qurum ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir.

Fonddan Azərtac-a bildirilib ki, bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb.

Qeyd edilib ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq iyunun 30-na ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır.