2001-ci ildən bu günə qədər Azərbaycan Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft hasilatından və satışından 143,37 mlrd. dollar daxil olub.
Bu barədə Dövlət Neft Fondunun 8 avqust tarixli məlumatında deyilir. Cari il ərzində Fonda 5,16 mlrd. dollar daxil olub.
Bu il “Şahdəniz” yatağından kondensat satışından əldə olunmuş gəlir 209 mln. dollar təşkil edib, 2007-ci ildən bu günə qədər isə bu yataqdan qaz satışından Fonda 2,7 mlrd. dollar daxil olub. Bu günə Dövlət Neft Fondunun ümumi həcmi 42,46 mlrd. dollar təşkil edir.