XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 15:53

OPEC monitorinq komitəsi neft bazarının vəziyyətini müzakirə edəcək- Əbu-Dabidə keçiriləcək iclasda

Neftin qiymətinin aşağı düşməsi fonunda OPEC ölkələri (OPEC+) Nazirlər monitorinq komitəsinin sentyabrın 12-də Əbu-Dabidə keçiriləcək iclasında neft bazarının sabitləşdirilməsinə dair tövsiyələr hazırlanacaq.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Suxeyl əl-Mazrui “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, komitənin iclasında nazirlər bazardakı mövcud vəziyyəti müzakirə edəcək, balansı və sabitliyi dəstəkləmək üçün tövsiyələr işləyib hazırlayacaqlar.

Nazir, həmçinin qeyd edib ki, fundamental baxımdan neft bazarı yaxşı vəziyyətdədir – ehtiyatlar aşağı düşür, tələbat isə sağlam templərlə artır.

Xatırladaq ki, “Brent” neftinin bir barelinin qiyməti son dörd gündə 4 dollar azalaraq 62 dollardan 58 dollara enib(azərtac).