XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2016 - 08:18

“15 minə yaxın yeni iş yeri açılacaq”[color=red] – Nazir

"Qeyri-neft məhsullarının ixracını stimullaşdırılması haqqında” sərəncam imzalanıb.

"Qafqazinfo" xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu sərəncama əsasən qeyri-neft ixracının subsidiyalaşdırılması mexanizmi hazırlanacaq: “Artıq Prezident müvafiq sərəncamla Nazirlər Kabinetinə tapışırıq verib. Azərbaycanda milli brendin yaradılması, qeyri-neft ixracının təşviqi və bu prosesdə dövlətin birbaşa iştirakı nəzərdə tutulur. Bununla da Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılmasına nail olacağıq”.

Həmçinin, Ş.Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə bir il yarım ərzində icra olunmalıdır və nəticədə 15 minə yaxın yeni iş yeri açılmalıdır:
"İqtisadi aktivlik yüksəlməlidir. Layihə xərclərinin azalması nəticəsində Azərbaycan məhsullarının rəqbət qabiliyyəti artmalıdır.

Dövlət satınalmalarında yerli istehsalın payı artmalıdır. Bununla da daxili istehsalı qorumuş olacağıq”.
Nazir eyni zamanda qeyd edib ki, 2015-ci ilin 10 ayı ərzində devalvasiyanın baş verməsi ölkənin istehlak bazarına mənfi təsir edib: "İstehlak bazarına nəzarətin həyata keçirilməsi üçün un və buğda ununun idxalı və satışı ƏDV-dən azad edilib. İqtisadi aktivliyin artması ilə bağlı yeni tədbirlər həyata keçiriləcək”.