XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2016 - 10:04

Azərbaycanda yeni zavod tikilir [color=red]- 32 milyon avroya

Qaradağ Metal Konstruksiyaları Zavodu ("AzeriSteel") tərəfindən rəqabətqabiliyyətli sənaye avadanlıqları zavodu tikiləcək.

Azertag.az xəbər verir ki, yanvarın 19-da rəqabətqabiliyyətli sənaye avadanlıqları istehsalı zavodunun yaradılması layihəsinin təqdimatı olub.

Layihə çərçivəsində qabaqcıl texnologiyalar əsasında neft-qaz və kimya sənayesi ilə yanaşı, əczaçılıq və yeyinti sənayesi üçün müxtəlif avadanlıqlar istehsal ediləcək.

Zavodun dəyəri təqribən 32 milyon avrodur. Layihə çərçivəsində 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.