XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2016 - 10:22

Baş bankir xəbərdarlıq etdi: [color=red]“Valyuta ehtiyatı ilə kifayət qədər ehtiyatlı davranmalıyıq”

elman-1.jpg

Azərbaycanın strateji valyuta ehtiyatları 40 mlrd. ABŞ dollarına bərabərdir.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 E.Rüstəmovun sözlərinə görə, dünyada baş verən proseslər, neftin qiymətinin 4 dəfə aşağı düşməsi səbəbindən xərclərimiz gəlirlərimizi ödəmir. E. Rüstəmov əlavə edib ki, neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün olmadığından büdcə xərclərində qənaət edilməsi vacibdir:

"Bu gün bizim strateji valyuta ehtiyatlarımız 40 milyard dollardır. Bu, sabitlik komfortudur. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün deyil ki, bu, nə qədər davam edəcək. Buna görə, strateji valyuta ehtiyatları ilə bağlı kifayət qədər ehtiyatlı davranmalıyıq".

Apa.az