XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2016 - 11:36

“Başqa bankla birləşə bilərik” – [color=red]Çingiz Əsədullayevin bankından mesaj

“Azərbaycanda bankların birləşməsi ilə bağlı ölkə prezidenti və Mərkəzi Bank tərəfindən edilən çağırışlara müsbət yanaşırıq”.

Bunu fins.az-a açıqlamasında “AGBank”ın İdarə Heyətinin sədri Azər Mövsümov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi bank hələ ki, konsolidasiya ilə bağlı başqa bir bankla danışıq aparmasa da, “AGBank”ın başqa bankla birləşəcəyi istisna deyil:

“Konsolidasiya həmişə müzakirə obyekti olub, bu gün xüsusilə aktualdır. Bu məsələnin reallaşacağını istisna etmirik. Başqa bankla birləşə bilərik”.

Qeyd edək ki, bu bankın sahibi sabiq deputat Çingiz Əsədullayevdir.