XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Yanvar 2016 - 20:39

Ukraynadan Çinə doğru gedən qatar [color=red]Azərbaycana çatmaq üzrədir

 

qatar cin.jpg

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən eksperimental konteyner qatarı artıq Gürcüstan limanına çatıb.

AZƏRTAC “112.ua” saytına istinadla xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Andrey Pivovarski Nazirlər Kabinetinin iclasında məlumat verib.

O deyib: “Qatarımız çox sürətlə hərəkət edir. O, artıq Gürcüstan limanına çatıb, Gürcüstan ərazisinə daxil olur və sonra Azərbaycan istiqamətində hərəkət edəcək. Allaha şükür ki, hələlik heç bir texniki nasazlıq müşahidə olunmayıb. Logistika tənzimlənir. Ayın sonuna qədər logistika tam tənzimlənəcək. Həmin müddətdə yüklə doldurulmuş qatar Çin tərəfdən artıq geriyə hərəkət edəcək. Geriyə logistikanı da tam tənzimləyəcəyik, amma artıq sifarişlər gəlir”.

Xatırladaq ki, Ukrayna yanvarın 15-də bərə keçidləri və quru yolu daxil olan Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət eksperimental qatarı yola çıxarıb. Qatarın Qazaxıstan-Çin sərhədində “Dostık” stansiyasına qədər məsafəni 11-12 günə qət edəcəyi gözlənilir.