İranın ali lideri Əli Xamenei hökumətdən ölkənin neft gəlirlərindən asılılığı məsələsinin həll olunmasını tələb edib.
Bu barədə İranın ali liderinin rəsmi saytında yerləşdirilən məlumata görə, Xamənei İran prezidenti Həsən Ruhani və hökumət üzvləri ilə görüşdə bildirib ki, mövcud iqtisadi problemlərin həllinin açarı ölkəni neft gəlirlərindən asılılıqdan qurtarmaqdır.
“Əslində, bu, köhnə problemdir. Amma reallıqda ölkənin inkişafına zərər vurur. Neft ixracatından əldə edilən asan gəlir böyük fəlakətdir”, – deyə Xamənei bildirib/Report.