XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 18:02

“The New York Times”:"Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq"

ABŞ prezidenti Donald Tramp vergilərin məbləğinin azaldılmasını mümkün hesab edərkən federal büdcənin kəsiri gözlənilməyəcək sürətlə artır.

“The New York Times” xəbər verir ki, Konqresin büdcə idarəsinin məlumatına görə, sentyabrın 30-dək büdcə kəsiri 960 milyard dollara, gələn il isə 1 trilyon dollara çatacaq. Bu artım hələ dövlət borcu ilə bağlı məsrəfləri azaldan faiz dərəcələrinin aşağı salınmasından sonra bu səviyyədə gözlənilir.

Nəşrə görə, səbəb 2017-ci ildə vergilərin azaldılması və daxili mülki və hərbi xərclərin artırılması barədə qanunlar tətbiq olunmasıdır. Belə ki, respublikaçıların vəd etdikləri kimi vergilərin azalması büdcə kəsirini aradan qaldırmadı.

Həmçinin büdcə idarəsi bu il iqtisadi artımı 2,6 faiz, gələn il 2,1 faiz səviyyəsində proqnozlaşdırır. Halbuki Tramp administrasiyası 3 faizlik artım vəd edirdi/Report.