XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2016 - 09:52

Ölkədə adambaşına düşən ÜDM [color=red]2010-cu ilin səviyyəsinə düşüb

pul.jpg

2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul 54 mlrd 352,1 mln manat olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi qiymətlərlə ÜDM 1,1% artıb.

Turan.az-ın hesablamasına görə, sabit qiymətlərlə 2015-ci ildə Azərbaycanda ÜDM 7,9% və ya 4,6 mlrd. manat azalıb.

DSK ÜDM istehsalının həcmini ABŞ dolları ilə də hesablayıb – $52 mlrd 969,6 mln.

DSK-ya görə, 2015-ci ildə Azərbaycanda adambaşına ÜDM 0,1% azalaraq,  703,7 manat olub. Həmin rəsmi məlumata görə, 2014-cü ildə adambaşına ÜDM cari qiymətlərlə 7 092,8 manat olub.

ABŞ dolları ilə adambaşına ÜDM 2015-ci ildə $5 558,7 olub. Yəni $2427,3 və ya 30,4% azalıb. Müqayisə üçün deyək ki, Azərbaycan bu göstərici ilə 2010-cu ilin səviyyəsinə düşüb ($5798).

Qeyri-neft sektorunda ÜDM istehsalı 1,1% artaraq 37,6 mlrd manata çatıb. ÜDM strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 69,3% olub. Amma bu, əsasən neft sahəsindəki azalmanın nəticəsidir.

Azərbaycanın ÜDM-i manat ifadəsində 2012-ci ilin səviyyəsinə (53,2 mlrd manat) düşüb.