XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 22:21

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb –Cədvəl

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, avqustun 22-də qızılın qiyməti avqustun 21-i ilə müqayisədə 5,27 manat azalaraq 1 unsiya üçün 2550,119 manat təşkil edib.

Gümüş 0,0114 manat ucuzlaşaraq 1 unsiya üçün 28,9948 manata bərabər olub.

Platinin qiyməti 3,434 manat artaraq 1442,127 manat, palladiumun qiyməti 31,4755 manat azalaraq 2492,695 manat təşkil edib.

 

Ad 22.08.2019 21.08.2019
Qızıl XAU 2550.119 2555.389
Gümüş XAG 28.9948 29.0062
Platin XPT 1442.127 1438.693
Palladium XPD 2492.965 2524.4405

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.