XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

22 Yanvar 2016 - 14:25

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin konteyner qatarı [color=red]Bakı Limanına çatıb

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı bu gün, yanvarın 22-də Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Bərə Terminalına çatıb.

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınmışdı. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də çatmışdı. Azərbaycandan sonra qatarın Qazaxıstan-Çin marşrutu ilə hərəkət etməsi nəzərdə tutulur.

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.