XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

23 Yanvar 2016 - 11:15

2015-də ölkədən neçə ton neft ixrac olunub?[color=red] – Gömrük Komitəsi

2015-ci ildə sayğac göstəriciləri əsasında Azərbaycandan 32 milyon 520 min 401 ton xam neft ixrac edilib.

Keçən il Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə 26 milyon 678 min 361 ton, Bakı-Supsa neft boru kəməri ilə 4 milyon 222 min 614 ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon 186 min 918 ton neft ixrac olunub. Ötən il ölkədən 432 min 508 ton neft isə dəmir yolu nəqliyyatı ilə daşınıb.

Bu barədə azertag.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.