XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 16:52

Tendersiz xərcləmələr, şişirdilən məbləğlər… –Kommunal qurumlarda yoxlamaların nəticələri açıqlandı

Cari ilin birinci yarısında aparılan nəzarət tədbirləri zamanı bəzi hallarda yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmiri üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi sənədləşdirilən işlərin həcminin əsassız olaraq artırıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma müsabiqələrinin keçirilmədiyi aşkar edilib.

Bu barədə “Report”a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, kommunal təsərrüfatı qurumlarında tələb olunan nəqliyyat xərclərinin artırılması və normadan artıq xidməti geyimlərin və iş alətlərinin alınması üzrə artıq vəsait proqnozlaşdırılaraq xərclənib, bəzi hallarda alınmış malların (iş və xidmətlərin) dəyəri bank köçürmələri vasitəsi ilə deyil, nağd qaydada ödənilib.