XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2016 - 21:58

Qazaxıstanda orta aylıq əmək haqqı [color=red]500 dollardır

kazax.jpg

Qazaxıstanda bir işçinin orta aylıq nominal əmək haqqı 2015-ci ilin dekabrında 157 655 təngə təşkil edib. Əhalinin real əmək haqqı inflyasiya nəzərə alınmaqla 2014-cü illə müqayisədə 5% azalıb.

Analitiklərin hesablamlarına görə, işsizlərin sayı 444 min olub. İşsizlərin sayı iqtisadi fəal əhalinin 5%-ni təşkil edib. Dekabrın sonunda işsiz kimi məşğulluq idarələrində qeydiyyatdan keçən şəxslərin sayı -34,6 min nəfər və ya iqtisadi fəal əhalinin 0,4%-i olub. Qazaxıstan əhalisinin sayı 17,6 milyon nəfərdən çoxdur.

Həmçinin qeyd edilir ki, ərzaq məhsullarının qiyməti 10.9%, qeyri-ərzaq məhsullarının qiyməti 22.6%, əhaliyə pullu xidmətin qiyməti isə 8.1% bahalaşıb.