XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 12:06

Azərbaycanda pul kütləsi ilin əvvəlindən 6,6% artıb –AMB

Bu ilin iyul ayının sonuna Azərbaycanda geniş pul kütləsinin həcmi 25 642,3 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 358,1 mln. manat və ya 1,4% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 1 581,9 mln. manat və ya 6,6%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 914,3 mln. manat və ya 12,8% artıb.

Cari ilin iyulun sonuna ölkədə manatla geniş pul kütləsinin həcmi 16 182,2 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 347,9 mln. manat və ya 2,2%, ilin əvvəlindən 1 538,6 mln. manat və ya 10,5%, son bir ildə isə 2 535 mln. manat və ya 21,2% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.