XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 13:49

Dövlət xətti ilə ipoteka kreditləşməsi 20% azalıb –Mərkəzi Bank

Bu ilin yanvar-iyul ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 108,3 milyon manat ipoteka krediti verilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 15,1% artaraq 156,1 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 57,9% azalaraq 60 milyon manata düşüb.

Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 47,8% azalaraq 60 milyon manat olub.