XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 19:12

Türkiyə Azərbaycan qazının idxalını artırıb –38%

Bu ilin yanvar-iyun aylarında Türkiyə Azərbaycandan 4,41 mlrd. kubmetr həcmində qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% çoxdur.

Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) verdiyi məlumata görə, Türkiyə ötən ilin birinci rübündə aylarında Azərbaycandan 3,2 mlrd. kubmetr qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur ki, yanvar-iyun aylarında bu ölkədən Türkiyəyə təxminən 7,99 mlrd. kubmetr “mavi yanacaq” ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 3,75 mlrd. kubmetr qaz nəql edib.

Qeyd edək ki, bu ilin birinci yarısında Türkiyənin qaz idxalı 19,02 mlrd. kubmetr təşkil edib.