XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 06:49

“Unibank”ın daha bir [color=red]filialı bağlandı

“Unibank” xərclərin azaldılması siyasəti çərçivəsində filiallarının optimallaşdırılmasını davam etdirir.

Fins.az-ın məlumatına görə, bankın daha bir filialı bağlanıb. Söhbət, paytaxtın Suraxanı rayonunda, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 5 ünvanında yerləşən filialdan gedir.

“Unibank” Hövsan filialında təmir işlərinin aparılmasına qərar versə də, sonradan onun fəaliyyətinin dayandırılmasına qərar verdi. Bundan sonra həmin filialın müştərilərinə “Unibank”ın Həzi Aslanov filialında (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 144) xidmət göstəriləcək.