XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 23:44

Azərbaycan nefti ucuzlaşdı –1,29 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ötən həftənin son iş günü 62,20 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 59,17 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır.