XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 14:11

Pakistanın Azərbaycanda investisiya imkanları təşviq ediləcək –Açıqlama

Bakıda sentyabrın 5-də Pakistanın Xayber-Pakhtunxva bölgəsinin investisiya imkanlarının təqdimatı keçiriləcək.

Bu barədə “Report”a Pakistanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Pakistanın investisiya imkanlarını təşviq etməkdir.

Tədbir çərçivəsində B2 görüşlərin keçirilməsi planlaşdırırlır.

Qeyd edək ki, Hayber-Pahtunhva Pakistanın şimalında yerləşən bölgəsidir.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Pakistanın ümumi ticarət dövriyyəsinin həcmi 9 030,58 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 028,64 min dollar və ya29% çoxdur. Bu məbləğin 250,72 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 402,68 min dollar və ya 2,6 dəfə azdır. Pakistanın ixracının Azərbaycanın ümumi ixracdakı payı 0% təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Pakistandan 8 779,86 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 431,32 min dollar və ya 38,3% çoxdur. Pakistanın idxalının Azərbaycanın ümumi idxaldakı payı 0,10% təşkil edir. Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Pakistan arasında ümumi ticarət dövriyyəsinin həcmi 7 001,94 min dollar təşkil edib. Bu həcmin 653,4 min dolları Azərbaycanın ixracının, 6 348,54 min dolları isə Azərbaycanın idxalının payına düşüb.