XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 21:29

“Audi” 7 minə yaxın avtomobili geri çağırır –Qüsura görə

“Volkswagen Group” şirkəti Rusiyada 6,7 minə yaxın “Audi” markalı avtomobili geri çağırıb.

Qərar bir neçə qüsurun qeydə alınması ilə əlaqədardır.

Belə ki, 6679 avtomobil qanad altlığının fiksatorunda qeydə alınan qüsurlarla əlaqədar, daha 3 avtomobil ön panellərin dəyişdirilməsi məqsədilə geri çağırılıb.

Qeyd edək ki, geri çağırılma 2017-2019-cu illər arasında Rusiyada satılmış A5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək/Trend.