XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 13:37

Çindən ötən il 1 trilyon dollar çıxarılıb – [color=red]Nəhəng ölkənin iqtisadiyyatına böyük zərbə

2015-ci ildə Çindən çıxarılan kapitalın ümumi dəyəri 1 trilyon dolları keçib. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, milli valyuta yuanın devalvasiyası, fond bazarlarında düşüş və iqtisadi artım templərinin zəifləməsi fonunda xarici kapitalın qaçışı geniş miqyas alıb. 

2014-cü ildə 134 milyard dollar kapitalın çıxarıldığı Çin ötən ildə bu göstəricinin 7 dəfə artması ilə üzləşib. Təkcə sentyabr ayında ölkəni 194 milyard dollar kapital tərk edib. 

Çinin valyuta ehtiyatları isə 513 milyard dollar azalaraq 3,3 trilyon dollara düşüb.