XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 10:32

“TAP kəməri Avropada enerji daşıyıcılarının hərəkətini asanlaşdıracaq” –Konsorsium

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) onun əhatə edən regionda enerji təhlükəsizliyinin və diversifikasiyasının daha geniş şəkildə təmin edilməsi cəhətindən çox vacibdir.

Bu barədə TAP konsorsiumunun yaydığı məlumatda deyilir.

Məlumata əsasən, qaz kəmərinin işə salınması ərazilərindən keçən ölkələrə (Yunanıstan, Albaniya və İtaliya) dərhal böyük fayda gətirəcək.

Bundan əlavə, TAP Avropada enerji daşıyıcıların hərəkətini asanlaşdıracaq əsas layihələrdəndir, məlumatda qeyd olunur.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Gələcəkdə kəmərin ötürmə gücünü iki dəfə artırmaq mümkün olacaq. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.