XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 22:25

Azərbaycanda qızıl və gümüş bahalaşıb –Cədvəl

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, sentyabrın 5-də qızılın qiyməti sentyabrın 4-ü ilə müqayisədə 4,2755 manat artaraq 1 unsiya üçün 2626,279 manat təşkil edib.

Gümüş 0,0001 manat bahalaşaraq 1 unsiya üçün 33,0064 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 43,35 manat artaraq 1680,688 manat, palladiumun qiyməti 21,5135 manat artaraq 2649,6455 manat təşkil edib.

Ad 05.09.2019 04.09.2019
Qızıl XAU 2626.279 2622.0035
Gümüş XAG 33.0064 33.0063
Platin XPT 1680.688 1637.338
Palladium XPD 2649.6455 2628.132

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.