XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2016 - 12:57

Maliyyə nazirindən [color=red] kənddə girov açıqlaması

samirserifov-1.jpg

"Rayon və kəndlərdə kredit götürmək istəyənlərin təqdim etdikləri girov banklar tərəfindən o qədər də maraqla qarşılanmır”. Bu barədə Maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, bankların bu girovları qəbul etməməsində psixoloji məqamlar mövcuddur: “Belə ki, kənd yerlərində girov kimi təqdim edilən mülklərin satılması praktiki olaraq qeyri-mümkündür. Ona görə yox ki, maraq yoxdur. Sadəcə psixoloji olaraq, kimsə kənd yerlərində başqa bir adama məxsus evin alınmasına getmir. Ona görə də banklar bundan imtina edirlər. Nəticə etibarilə, kreditlərin girovu faktiki olaraq mövcud deyil. Bunun həll yolunu tapmışıq desək, düzgün olmaz. Biz Mərkəzi Bank, Banklar Assosiasiyası və banklarla bu məsələni yenidən müzakirə etməliyik”.

APA