XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 09:52

“Masazırdakı evlərlə bağlı müvafiq qərar çıxarılacaq” – Rövnəq Abdullayev
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Abşeron rayonunun Masazır qəsəbəsindəki yaşayış evlərinin altında baş verən qaz sızmasına münasibət bildirib.
“APA-Economics”in xəbərinə görə, R. Abdullayev bildirib ki, evlərin altından sızan şist qazdır: “Həmin ərazidə şist qaz və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması – təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır”.
SOCAR prezidenti deyib ki, şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur.
R. Abdullayev əlavə edib ki, yaxın vaxtlarda Azərbaycan hökuməti bu məsələ ilə bağlı müvafiq qərar çıxaracaq.