XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2019 - 23:58

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında dördüncüdür- Rəqəmlər

Azərbaycan cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına 15,8 milyon ABŞ dolları sərmayə yatırıb.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir.

Bildirilir ki, Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələr sırasında dördüncü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr Hollandiya (58,1 milyon dollar), Türkiyə (36 milyon dollar) və ABŞ (27,5 milyon dollar) olub.

İkinci rübdə Gürcüstan iqtisadiyyatına 187 milyon dollar xarici investisiya qoyulub ki, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 53,7 faiz azdır.