“ABŞ Cənub Qaz Dəhlizi layihəsinə digər mənbələrin qoşulmasını dəstəkləyir”.
Strateq.az xəbər verir ki, bunu “Report”a açıqlamasında ABŞ Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzlərinin (Foreign Press Centers) Austində (Texas) təşkil etdiyi “Enerji Təhlükəsizliyi Milli Təhlükəsizlikdir” mövsunda beynəlxalq turda qurumun Enerji Ehtiyatları Bürosunda dövlət katibi köməkçisinin I müavini Kent Loqsdon deyib.
“Biz Azərbaycanla uzunmüddətli əməkdaşlıqdan, həmçinin Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməkdən məmnunuq. Mən bir neçə ay əvvəl Bakıya səfər etmişdim. Cənub Qaz Dəhlizinin uğurla icrasını görmək xoşdur”,– o vurğulayıb.
K.Loqsdon onu da bildirib ki, ABŞ Avropanın enerji mənbələrini və nəqlini şaxələndirməyə yardım edəcək Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməyə davam edir.